Qurban Qurbanov mətbuat konfransı keçirəcək

Mayın 29-da Bakı Olimpiya Stadionunda Azərbaycan – Qırğızıstan yoldaşlıq oyunu olacaq.

Sportline.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, həmin ərəfədə millimizin mətbuat üçün açıq məşqi və baş məşqçi Qurban Qurbanovla bir neçə futbolçunun qatılacaqğı mətbuat konfransı keçiriləcək.

26 may, saat 18:00
Tofiq Bəhramov adına Respublika stadionu
İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
 
27 may, saat 12:00
Hyatt Ragency oteli, Nizami zalı

Mətbuat konfransı