Roy Cons ən yaxşı üç boksçunun adını çəkib

Dörd çəki dərəcəsində sabiq dünya çempionu Roy Cons daim diqqət mərkəzində olan idmançılardandır.

Sportline.az xəbər verir ki, amerikalı əfsanə boksun hazırkı vəziyyəti ilə bağlı fikirlərini bölüşüb.

O, rinqdə fəaliyyətini davam etdirən 3 ən yaxşı "dəri əlcək ustası"nın adını çəkib.

"Çəki dərəcələrindən asılı olmayaraq Krouford ən yaxşıdır. Onun ən yaxın izləyicisi Naoya İnouedir. Onlardan başqa Dmitri Bivolun adını çəkə bilərəm. O, da istənilən rəqibə qalib gəlmək potensialındadır", - deyə Cons "YouTube"dakı "Talk Sport Drive" verilişinə müsahibəsində qənaətini izləyiciləri ilə paylaşıb.