"Qarabağ" "Səbail"i, "Turan Tovuz" "Sabah"ı məğlub etdi

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX turun daha iki oyunu keçiriləcək.

Sportline.az xəbər verir ki, günün ilk qarşılaşmasında "Turan Tovuz" "Sabah"ı qəbul edəcək. 

İkinci oyunda isə çempion "Qarabağ" "Səbail"lə üz-üzə gələcək.

Azərbaycan Premyer Liqası

XXIX tur

6 aprel

16:00. "Turan Tovuz" – "Sabah" 2-0

Qol: Aleks Souza, 26. Otto Con, 86

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamal Umudlu.

Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Tovuz şəhər stadionu

20:00."Qarabağ" – "Səbail" 4:2

Qol: Benzia, 15, 41. Toral Bayramov, 69. Nəriman Axundzadə, 90 -  Nir Bardea, 7. Rüfət Abdullazadə, 88

Hakimlər: Nicat İsmayıllı, Vüsal Məmmədov, Asiman Əzizli, Əli Əliyev.

Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Tofiq Bəhramov adına Respublika stadionu

Qeyd edək ki, turun ilk matçında "Kəpəz" "Araz-Naxçıvan"ı məğlubiyyətə uğradıb - 2:1. Tura aprelin 7-də yekun vurulacaq.