"Salahın meydandan çıxdığı an həlledici oldu" - Yürgen Klopp

"Real"ı təbrik edirəm. Maraqlı oyun oldu, təəssüf ki, yekunda kuboku qazana bilmədik". SportLine.az xəbər verir ki, bu sözləri "Liverpul"un baş məşqçisi Yürgen Klopp final matçından (1:3) sonra deyib.

Mütəxəssisin sözlərinə görə, Məhəmməd Salahın zədələndiyi epizod oyunun taleyini həll edib: "Salahın meydanı tərk etməsindən sonra oyunun gedişatı dəyişdi. Çiynindən ciddi xəsarət aldı. Ümid edirəm, tezliklə sağalacaq. O, final oyunda bizə 90 dəqiqə lazım idi. Salahın zədələnməsi oyunçulara psixoloji təsir də göstərdi. Beylin inanılmaz qolu isə qarşılaşmanın başqa bir dönüş nöqtəsi oldu. Hesabda geri düşdük və tarazlığı bərpa edə bilmədik".