“Sabah” "Qarabağ"ı məğlub etdi, "Səbail" - "Kəpəz" görüşündə sülh

Bu gün Azərbaycan Premyer Liqasında 30-cu tura yekun vurulacaq.

Sportline.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutacaq.

Günün ilk görüşündə "Səbail" doğma meydanda "Kəpəz"i qəbul edəcək. Qarşılaşma saat 16:30-da start götürəcək.

Tura "Sabah" - "Qarabağ" matçı ilə yekun vurulacaq. Bu oyun saat 19:00-da start start götürəcək.

14 aprel 

"Sabah" – "Qarabağ" 3-2

Qol: Amin Seydiyev, 16. Sekidika, 38. Tellur Mütəllimov, 56 - Leandro Andrade, 7, Nəriman Axundzadə, 76

Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Cəmil Quliyev, Fərid Hacıyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
"Bank Respublika Arena", 19:00

"Səbail" – "Kəpəz" 3:3
Qollar: Pedro Nuno, 49, Aleksandr Ramalinqom, 53, Rüfət Abdullazadə, 73 - Elmir Tağıyev, 25, Latir Fal, 29, Mate Kvirkviya, 90
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Zöhrab Abbasov, Rövşən Rəcəbov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
"ASCO Arena", 16:30