Sloveniya - Avropa çempionu!

Türkiyədə keçirilən basketbol üzrə Avropa çempionatı yekunlaşıb. SportLine.az xəbər verir ki, həlledici görüşdə Sloveniya və Serbiya kollektivi üz-üzə gəlib. Qarşılaşma birincilərin qələbəsi ilə yekunlaşıb - 93:85.

İlk dəfə qitə çempionu adına yiyələnən Sloveniya, turnirdə keçirdiyi bütün görüşlərdən qalib ayrılıb.

Qeyd edək ki, Rusiyanı eyni hesabla üstələyən İspaniya seçməsi bürünc mükafata yiyələnib.