Türkiyə Super Liqasına yüksələcək 2-ci komandanın da adı bəlli olacaq

Türkiyə Super Liqasına yüksələcək 2-ci komandanın da adı bəlli olacaq.

Sportline.az xəbər verir ki, 2 ildir aşağı liqada mübarizə aparan "Göztəpə" klubu Super Liqaya yüksəlmək üçün aprel ayının 20-də keçiriləcək "Giresunspor"la görüşdə qalib gəlməli olacaq. 

"Göztəpə" klubu sonuncu dəfə 2021/22 mövsümündə Türkiyə Super Liqasında mübarizə aparıb. 

Qeyd edək ki, "Göztəpə" klubu hazırda 60 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Ən yaxın izləyicisi "Çorumspor" ondan 8 xal geri qalır.