Türkiyəli basketbolçu mövsümü başa vurub

NBA-də çıxış edən türkiyəli basketbolçu Onuralp Bitim mövsümü başa vurub.

Sportline.az Beinsports.com-a istinadla xəbər verir ki, “Çikoqo Bulls”un basketbolçusu Onuralp Bitim zədə səbəbindən mövsümü başa vurub.

Klubdan verilən açıqlamada, Onuralp Bitimin sağ gözünün tor qişasında yırtığ olduğu bildirilib.

Qeyd edək ki, Onuralp Bitimin formasını geyindiyi “Çikaqo Bulls” mövsümü 39 qələbə və 43 məğlubiyyətlə Şərq Konfransında 9-cu yerdə tamalayıb və pley-in mərhələsində “Atlanta”ya rəqib olub.