Ulduz futbolçu azarkeşlərdən gileyləndi

"Barselona"nın hücumçusu Joao Feliks "Atletiko" azarkeşlərindən gileylənib.

Sportline.az xəbər verir ki, kataloniyalıların Madrid klubundan icarəyə götürdüyü portuqaliyalı ona qarşı münasibətdən narazıdır.

"Atletiko" azarkeşləri mənim nələr yaşadığımdan xəbərsizdirlər. Klubun daxilində baş verənləri bilmirlər. Onları anlamağa çalışıram. Amma, məni nahaq yerə pis oğlan kimi qəbul edirlər", - deyə Joao düşüncələrini bölüşüb.

Bu haqda məşhur jurnalist Fabriaio Romano X sosial şəbəkəsində paylaşım edib.

Qeyd edək ki, ötən gecə keçirilən "Atletiko" - "Barselona" (0-3) görüşündə meydan sahiblərinin qapısına vurulan qollardan birinin müəllifi məhz Joao Feliks olub.