"Yuventus" Ronalduya görə danışıqlara başlayır

"Real"ın hücumçusu Kriştianu Ronaldu "Yuventus"un hədəfindədir. SportLine.az "Marca"ya istinadən xəbər verir ki, İtaliya nəhəngi portuqaliyalı ulduz üçün danışıqlara hazırlaşır. 

Qeyri-rəsmi məlumata görə, 33 yaşlı futbolçu ilə ilkin razılıq əldə olunub. Turin təmsilçisi "kral klubu"nu təzminat qiymətində razı sala bilsə, K.Ronaldu növbəti mövsümdən "Yuventus"un şərəfini qoruyacaq.

Qeyd edək ki, K.Ronaldu 2009-cu ildən "Real"ın uğurları üçün çalışır.