"Neftçi" "Sumqayıt"la bacarmadı, "Zirə" "Qəbələ”yə qalib gəldi

Azərbaycan Premyer Liqasinda 29-cu tura yekun vurulur.

Sportline.az xəbər verir ki, bu gün gün iki qarşılaşma baş tutacaq.

Günün ilk oyununda "Zirə" doğma meydanda "Qəbələ"ni qəbul edəcək. Qarşılaşma saat 16:30-da start götürəcək.

Turun son matçında isə "Neftçi" və "Sumqayıt" üz-üzə gələcək. "Neftçi Arena"da keçiriləcək görüş saat 20:00-da başlanacaq.

7 aprel (bazar)

"Zirə" – "Qəbələ" 4-0

Qol: Rəhim Sadıxov, 4, Rafael Utziq, 25, Ceyhun Nuriyev, 27, Fuad bayramov, 57

Hakimlər: Rəvan Həmzəzadə, Eyyub İbrahimov, Teymur Teymurov, Cavid Cəlilov

Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Zirə İdman Kompleksinin stadionu, 16:30

"Neftçi" – "Sumqayıt" 1-1

Qol: Emin Mahmudov, 73 (pen), Yuri Matias, 13 (avtoqol)

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov

Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Seymur Səlimli
"Neftçi Arena", 20:00