Ancelotti: “Arda üçün əsas heyətdə oynamaq asan deyil”

“Real Madrid”in baş məşqçisi Karlo Ancelotti bu gün keçirilən mətbuat konfransında Arda Gülər haqqında danışıb.

Sportline.az xəbər verir ki, Ancelotti bu mövsüm heyətdə rəqabətin böyük olduğunu bildirib.

"Arda üçün əsas heyətdə yer tapmaq asan deyil, böyük rəqabət var. O bu mövsüm 2 matçda ilk 11-də iştirak edib və ötən ildən daha çox rol alır"- deyə Ancelotti bildirib.

Qeyd edək ki, Arda Gülər “Real”da çıxış etdiyi 21 matçda 6 qolla yadda qalıb.