“Benfika”da ağır itki

Bu yay “Qalatasaray”dan “Benfika”ya 12 milyon avro qarşılığında transfer olunan Kerem Aktürkoğlu zədələndiyi açıqlanıb.

Sportline.az “A Bola” qəzetinə istinadən xəbər verir ki, Kerem Aktürkoğlu Çempionlar Liqasının 2-ci turunda “Atletiko Madrid”lə qarşılaşmada ayağında yüngül zədə aldığı bildirilir.

Oyunçunun 1 həftə yaşıl meydanlardan uzaq qalacaqı gözlənilir.

Qeyd edək ki, Kerem Aktürkoğlu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 11 matçda 6 qol və 5 asistlə yadda qalıb.