Ceko İspaniya nəhənginin radarına düşüb

“Fənərbağça”nın bosniyalı hücumçusu Edin Ceko gələn ilin yayı klubdan ayrıla bilər.

Sportline.az “SPORT” qəzetinə istinadən xəbər verir ki, “Barselona” klubu 2025-ci ilin yayında Edin Cekonu heyətinə qatmaqı düşünür. Maliyə problemləri olan klub yalnız Edin Cekonu transfer edəcəkləri bildirilir.

“Fənərbağça” Edin Cekonun müqaviləsini artırmaq barədə düşünmür.

Oyunçu azad agent statusunda “Barselona”ya keçidi real görünür.

Qeyd edək ki, Edin Ceko bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 13 matçda 9 qol və 2 asistlə yadda qalıb.