"Əziz Şuşa" beynəlxalq veloyürüşünün açılış mərasimi keçirilib
"Əziz Şuşa" beynəlxalq veloyürüşünün açılış mərasimi keçirilib.
Sportline.az xəbər verir ki, Bakı şəhərinin Pirallahı rayonunda “Nərəkənd” parkında baş tutan tədbirdə əvvəlcə iştirakçı komandalar təqdim olunub.
Daha sonra söz Azərbaycan Velosiped Federasiyasının (AVF) prezidenti Mədət Quliyevə verilib.
M.Quliyev Azərbaycan Prezidenti İlham Əliyevin adından yarış iştirakçılarını salamlayıb. Azərbaycanı dünyada nümunəvi, tolerant ölkə kimi dəyərləndirən federasiya rəhbəri yarışı keçirməkdə məqsədlərinin dünya velosiped ailəsində sıx birləşmək olduğunu diqqətə çatdırıb. O, əcnəbi hakimlərə və müxtəlif ölkələrdən olan idmançılara turnirə qatıldıqları üçün təşəkkürünü bildirib.
AVF rəhbəri bütün iştirakçılara uğurlar arzulayıb, Gənclər və İdman Nazirliyi və digər təşkilatçılara minnətdarlığını ifadə edib: "Arzu edirəm ki, bu yarış bayram kimi keçsin və qoy, güclü qalib gəlsin".
Dövlət Himnin səsləndirilməsi ilə turnir açıq elan olunub.