“Fənərbağça” son dəqiqələrdə qələbəni əldən verdi

Super Liqanın 1-ci turundan təxirə salınmış qarşılaşmasında “Fənərbağça” doğma meydanda “Alanyaspor”u qəbul edib. 

Sportline.az xəbər verir ki, gərgin və dramatik keçən oyunda sarı-lacivərtlilər son dəqiqələrdə buraxdıqları qolla 2:2 hesablı heç-heçəyə razılaşıb. Oyunun 18-ci dəqiqəsində “Alanyaspor” ilk qolunu vurub. Hvanın arxaya göndərdiyi uzun ötürməyə yaxşı hərəkətlənən İbrahim Kaya dəqiq zərbə ilə komandasını hesabda önə çıxarıb.

Matçın ikinci hissəsində, 57-ci dəqiqədə “Fənərbağça” penalti şansı qazansa da, Anderson Taliskanın zərbəsi zamanı qapıçı Ertuğrul qola imkan verməyib. Penaltini boşa verən Taliska azarkeşlərdən sərt reaksiyalar alıb.

Ardıcıl hücumlarını davam etdirən “Fənərbağça” 73 və 76-cı dəqiqələrdə Semedo və En-Nesirinin vurduğu qollarla hesabda üstünlüyü ələ alıb – 2:1.

Lakin 90+3-cü dəqiqədə Yusif Özdemirin başla etdiyi zərbədə qapıçı İrfan Can Əğribayat kobud səhvə yol verib və topu əldən buraxaraq qola şərait yaradıb. Bu qol qarşılaşmanın son nəticəsini müəyyənləşdirib – 2:2.

Bu nəticədən sonra “Fənərbağça” turnir cədvəlində lider “Qalatasaray”ın 4 xal gerisində qalıb.