“İnter Mayami” şərq konfransında çempion oldu
Amerika Milli Futbol liqasında (MLS) Şərq konfransının lideri “İnter Mayami” növbəti qələbəsini qazanaraq çempionluğunu rəsimləşdirməyi bacarıb.
Sportline.az xəbər verir ki, “İnter Mayami” səfərdə “Kolombus” klubunu 3-2 hesabı ilə məğlub edib.
“İnter Mayami”dən 2 qolu Lionel Messi digər qolu isə Luis Suarez vurub.
Qonaqların heyətində isə Dieqo Rossi və Xuan Hernandez fərqlənməyi bacarıb.
Qeyd edək ki, “İnter Mayami” 68 xalla Şərq konfransına başçılıq edir. Aktivində 57 xalı olan “Kolombus” 2-ci pillədə qərarlaşır.