Joze Mourinyo: “Mənə qarşı hörmətsizlik edilib”
“Fənərbağça” klubunun portuqaliyalı baş məşqçisi Joze Mourinyo “Yunion SG” matçı öncəsi mətbuat konferansı keçirib.
Sportline.az xəbər verir ki, Mourinyo mətbat konferansında “Qalatasaray” matçından sonra özünə qarşı hörmətsizlik edildiyini bildirib.
"24 illik karyeramda heç vaxt, hətta məğlub olduğum görüşlərdə belə mətbuat konferanslarından yayınmamışam. Matçdan sonra rəqibin baş məşqçisini təbrik etdim və müsahibəyə hazır idim. Lakin 70 dəqiqə gözlədim və mətbuat konfransı zalına girişimə icazə verilmədi. Bu, qəbuledilməzdir. Mənə qarşı hörmətsizlik edildi" deyə təcrübəli mütəxəssis bildirib.
Qeyd edək ki, “Fənərbağça” növbəti görüşünə sabah “Yunion SG” qarşısında çıxacaq. Avropa Liqasının 1-ci turu çərçivəsində keçiriləcək görüş saat 20:45-də start götürəcək.