“Mançester Yunayted” türkiyəli futbolçuya elçi düşüb

"Qalatasaray"dan "Benfika"ya transfer olunan Kerem Aktürkoğlu avropanın nəhəng komandalarının radarına düşüb.

Sportline.az “Fichajes” nəşrinə istinadən xəbər verir ki, “Mançester Yunayted” 25 yaşlı türkiyəli futbolçu üçün “Benfika”ya 40 milyon avro ödəməyə hazır olduğu bildirilir.

“Benfika” rəhbərliyi isə Kerem Aktürkoğlunun sərbəst qalma məbləğini 60 milyon avro olaraq təyin edib.

Qeyd edək ki, Kerem Aktürkoğlu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 11 matçda 6 qol və 5 asistlə yadda qalıb.