“Nasional” – “Benfika” matçı təxirə salındı

Portuqaliya çempionatının 8-ci turunun “Nasional” – “Benfika” matçı hava şəraiti səbəbindən yarıda dayandırılıb.

Sportline.az xəbər verir ki, havanın dumanlı olması matçın keçirilməsinə mane olub.

Qarşılaşma 7-ci dəqiqədən sonra dayandırılıb.

Görüş dekabr ayının 19-u saat 21:00-a təxirə salınıb.

Qeyd edək ki, “Benfika” 16 xalla 3-cü, “Nasional” isə 5 xalla 17-ci pillədə qərarlaşır.