Okan Buruk: “Ölkəmizdən üzr istəyirik”

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk “Riqas”la matçdan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Sportline.az xəbər verir ki, müsahibədə Okan Buruk oyundan razı qalmadıqını mediaya qarşısında söyləyib.

“Azarkeşlərimizdən və ölkəmizdən üzr istəyirik. Bu, bizə yaraşmayan nəticə oldu. Asanlıqla qalib gələ biləcəyimiz matçda konsentrasiya çatışmazlıqı üzündən qələbə qazana bilmədik. İlk oyunumuzda qalib gəldik. Bu gün qələbə qazanaraq yolumuza davam etmək istəyirdik. Rəqibimiz yaxşı mübarizə apardı onları təbrik edirik"- deyə Okan Buruk bildirib.

Qeyd edək ki, “Riqas” - “Qalatasaray” matçı 2:2 hesablı bərabərliklə nəticələnib.