PSJ turu xal itkisi ilə başa vurdu

Fransa Çempionatının 7-ci turunda “Paris Sen-Jermen” səfərdə “Nitsa” ilə qarşılaşıb.

Sportline.az xəbər verir ki, görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Qolları PSJ-dən Nuno Mendeş, “Nitsa”dan isə Ali Abdi vurub.

Qeyd edək ki, “Paris Sen-Jermen” 17 xalla 2-ci, “Nitsa” isə 9 xalla 9-cu pillədə yer alır.