"Qalatasaray" 2023-2024 Super Liqa çempionluğunu bu gün "Rams Park"da qeyd edəcək

Şənlik Bakı vaxtı ilə 20:05-də başlanacaq və klubun rəsmi Yutub hesabından canlı yayımlanacaq.

Sportline.az Trtspor.com-a istinadla xəbər verir ki, "Qalatasaray" 24-cü Türkiyə çempionluğunu bu gün "Rams Park"da keçiriləcək "Çempionun Qala Gecəsi" tədbirində qeyd edəcək.

Çempionluq şənliyində müxtəlif musiqiçilərin də çıxış edəcəyi xəbərdə bildirilir.

Qeyd edək ki, "Qalatasaray" 24-cü çempioluq kukokunu bu gün stadionda alacaq.