“Qalatasaray” 6 futbolçu ilə yolları ayırır

İstanbul nəhəngi “Qalatasaray” son oyunlardakı uğursuz nəticələrdən sonra 6 futbolçunu komandadan göndərməyə hazırlaşır.

Sportline.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, Viktor Nelson, Eliyas Yelert, Hakim Ziyeş, Kerem Demirbay, Yusuf Demir və Eyup Aydın yanvar ayında klubdan göndəriləcəyi bildirilir.

Qeyd edək ki, “Qalatasaray” 19 xalla Türkiyə Süper Liqasına başçılıq edir.