Samat Smakov:“Azərbaycan döyüşkən və əzmkar komandadır"

 

“Komanda qarşıdakı oyunlara köklənə bilib. Ölkə çempionatının II turundan sonra toplaşmışıq. Düşərgədə sağlam ab-hava var və hamı səylə çalışır”. SportLine.az xəbər verir ki, Qazaxıstan seçməsinin kapitanı Samat Smakov belə deyib.

 

Qazaxıstan Futbol Federasiyasının saytına açıqlamasında Azərbaycan və Gürcüstan komandaları ilə oyunlara ciddi yanaşdıqlarını deyən 38 yaşlı futbolçu, hər 2 matçın onlar üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb: “ Hər iki görüş vacibdir. Düşünürəm ki,  heç kim meydana yalnız nömrə daşımaq xatirənə çıxmayacaq. Bütün futbolçular qarşıdakı oyunlarda özünü göstərmək arzusundadır. Azərbaycan və Gürcüstanla oyuna zədəlilər istisna olmaqla, ölkənin ən güclüləri çağırılıb. Yalnız Tanat Nusebayev düşərgədə deyil”.

 

Azərbaycan komandasını yaxşı tanıdığını deyən təcrübəli futbolçu millini belə xarakterizə edib: “Döyüşkən və əzmkar oyun nümayiş etdirən komandadı. Düşünürəm ki, olduqca maraqlı mübarizə gedəcək”.

 

Xatırladaq ki, Antalyada təşkil olunacaq  Azərbaycan – Qazaxıstan matçı martın 26-da keçiriləcək.

Banner