Toğrul Əsgərov: “Çalışacağıq Bakıdakı səhvləri İstanbulda təkrarlamayaq”

“Bakıda keçirilən Olimpiya təsnifat turnirinə yaxşı başlamışqdıq. Amma, uğurla başa çatdıra bilmədik. Həmin yarışdan sonra bir qədər ruh düşkünlüyü yaransa da, artıq toparlanmışıq”.

Bunu Sportline.az saytına açıqlamasında qadın güləşçilərdən ibarət seçmə komandanın baş məşqçisi Toğrul Əsgərov deyib.

Olimpiya çempionu sonuncu təsnifat turnirində etimadı doğrultmaq əzmində olduqlarını bildirib: “Qubadakı təlim-məşq toplanışı yüksək səviyyədə təşkil olunub. Güləşçilərimiz böyük həvəslə hazırlığı davam etdirirlər. İnanıram ki, Bakıdakı yarışdakı səhvlər İstanbul turnirində təkrarlanmayacaq və komandamız Türkiyədən uğurlu nəticə ilə dönəcək”.

Qeyd edək ki, Paris Olimpiadasına lisenziya xarakterli son turnir mayın 9-u və 10-da İstanbulda keçiriləcək.

Həmin yarışda 5 qadın güləşçimiz qüvvəsini sınayacaq