Van Bronkost: “Oyunçularımızı niyə fitə basırlar anlamıram”

“Beşiktaş”ın niderlandlı çalışdırıcısı Covanni Van Bronkost “Ayntraxt”la matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

Sportline.az xəbər verir ki, təcrübəli baş məşqçi “Beşiktaş” fanatlarından narazı olduğunu dilə gətirib.

“Əgər kimsə ən yaxşı performansımızı meydanda göstərə bilmədiyimizi düşünürsə, bir daha stadiona gəlməsin. Öz oyunçularımızı niyə fitə basdiqlarını başa düşə bilmirəm. Yaxşı oynamayanda bunu başa düşmək olar. Ersin və Muçi matç içində fitə basıldı. Mərt zədəli idi deyə Ərsin onun yerinə oynadı. O, da meydanda bütün bacarığını ortaya qoydu”, - deyə Van Bronkost bildirib.

Qeyd edək ki, “Beşiktaş” – “Ayntraxt” matçı qonaqların qələbəsi ilə nəticələnib. (1:3)