Yürgen Klopp yeni vəzifəyə təyin edilib

Baş məşqçilik karyerasını “Liverpul”da bitirdiyini açıqlayan Yürgen Klopp yeni işə başladıqı bildirilir.

Sportline.az şirkətin rəsmi saytına istinadən xəbər verir ki, almaniyalı sabiq mütəxəsis “Red Bull”un yeni qlobal prezidenti vəzifəsinə təyin edilib. Yeni işində xoşbəxt olduqunu qeyd edən Yürgen Klopp jurnalistlərin suallarında cavablandırıb.

“Bu məni daha artıq həyəcanlandıra bilməzdi. Yeni işimdə xoşbəxtəm. Futbolu daha yüksək səviyələrə gətirəcəyimizə inanıram. Red Bull böyük şirkətdi. Hər zaman öz keyfiyyəti ilə seçilir”, - deyə Yürgen Klopp bildirib.

Qeyd edək ki, Yürgen Klopp yeni vəzifəsinə yanvarın 1-dən etibarən başlayacaq.