1 milyon avro dəyəri olan oyunçu "Barselona"ya keçə bilər

"Barselona" Nikolas Otamendini heyətinə qatmağı düşünür.

Sportline.az xəbər verir ki, Kataloniya klubunun idman direktoru Deko bu transferin reallaşmasını istəyir.

Bu haqda "El Nacional" nəşri məlumat yayıb.

Qeyd edək ki, N.Otamendi hazırda "Benfika" klubunda çıxış edir. Onun dəyəri 1 milyon avrodur.