16 yaşlı qapıçı İngiltərə nəhəngində

İngiltərənin "Mançester Siti" komandası Niderlandın "Utrext" klubunun akademiyasında çıxış edən qapıçı Mikki Van Sası heyətinə qatıb. 

Sportline.az Niderland təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 16 yaşlı qolkiperin transferinin detalları açıqlanmayıb. 

Qeyd edək ki, Mikki Van Sasın klubu ilə müqaviləsi 2022-ci ilin yayına qədər idi.