17 yaşlı futbolçu Avropa nəhənglərinin hədəfində

Dortmund "Borussiya"sının 17 yaşlı yarımmüdafiəçisi Kristian Pulişiç Avropanın nəhəng klublarının hədəfindədir. SportLine.az "Daily Mail"ə istinadən xəbər verir ki, futbolçu ilə "Liverpul", "Mançester Siti" və Madrid "Real"ı yaxından maraqlanır. Artıq "mersisaydlılar"ın alman klubu ilə rəsmi danışıqlara başladığı da deyilir. 

Qeyd edək ki, "Borussiya" Pulişiçin peşəkar karyerasında ilk klubdur.