17 yaşlı futbolçu koronavirus qurbanı oldu

Filippinli futbolçu Anyana Bautista vəfat edib.

Sportline.az xəbər verir ki, bu barədə Filippin Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
 
Xanım futbolçuya bir ay əvvəl ensefalomielit (beyin və onurğa beynin iltihabı) diaqnozu qoyulub. Daha sonra koronavirusa yoluxan Bautistanın vəziyyəti ağırlaşıb və vəfat edib.

Qeyd edək ki, Bautista Filippinin “Nomads” klubunda çıxış edirdi.