18 yaşlı futbolçu uğrunda 4 nəhəngin mübarizəsi
"Monako"nun gənc ulduzu - Kilian Mbappe uğrunda Avropa nəhənglərinin mübarizəsi davam edir. SportLine.az Sport.es saytına istinadən xəbər verir ki, Madrid "Real"ı ilə yanaşı, "Barselona", "Arsenal" və "Mançester Yunayted" də futbolçunun xidmətində maraqlıdır.
Məlumatda qeyd olunur ki, hər bir komanda "Monako"ya rəsmi təklif ünvanlayıb. "Knyazlar" isə K.Mbappeni satmaqda tələsmir. Baş məşqçi Leonardo Jardim indiyədək olan təkliflərin qaneedici olmadığı bildirib: "Mbappe perspektivli futbolçudur. Bir neçə il sonra dünyanın ən güclüsü ola bilər. Bizə müraciət edən klublar da bunu yaxşı dərk edirlər. Futbolçunun daha böyük kluba getməsinə mane olmaq istəmirik. Amma biz də transferdən qazanmaq niyyətindəyik".
Transfer pəncərəsinin bağlanmasına kifayət qədər vaxt qaldığını deyən mütəxəssis, "Monako"nun K.Mbappenin başqa kluba keçidindən kifayət qədər məbləğ qazanacağına ümidlidir.
Sport.es isə Neymarı itirən "Barselona"nın bu məsələdə daha fəal olacağına inanır.