2 güləşçimizin lisenziya cəhdi uğursuz alındı
Serbiyanın Zrenyanin şəhərində 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turniri start götürüb.
İlk yarış günündə 48, 53 kq qadın, 57, 65 kq sərbəst, 59, 66 kq yunan-Roma güləşçiləri mübarizə aparır. Turnirin finalına yüksələn hər bir güləşçi Olimpiadaya vəsiqəni təmin edəcək. İlk gündə komandamızın 2 üzvü Olimpiya vəsiqəsi uğrunda uğursuzluqla barışıb.
57 kq (sərbəst)
1/8 final - Asadulla Laçinau (BLR) - Mahmud Məhəmmədov 6:8
1/4 final - Mahmud Məhəmmədov - Anatoli Buruian (MDA) 7:8
66 kq (yunan-Roma)
1/16 final - Kamran Məmmədov - Dominik Etlinger (CRO) 0:6