20 yaşlı futbolçu dünyasını dəyişdi
20 yaşlı norveçli futbolçu Adrian Lillebekk Ovlie qəfil dünyasını dəyişib.
SportLine.az xəbər verir ki, Norveç II Liqasında mübarizə aparan "Konqsvinqer"də çıxış edən futbolçu bədəninin infeksiyaya yoluxması səbəbilə həyatda köçüb.
Qeyd edək ki, Adrian Lillebekk Ovlie Norveçin aşağı yaş qrupları üzrə milli komandasında çıxış edib. O, ölkənin perspektivli futbolçularından hesab olunurdu.