23 yaşlı vinger "Liverpul"un radarında - Transfer qiyməti 70 milyon avrodur
"Paris Sen-Jermen"in sol cinah vingeri Bredli Barkola yayda komandasını dəyişə bilər.
Sportline.az xəbər verir ki, "Liverpul" fransalı futbolçunu heyətinə qatmaqda israrlıdır.
"Le10 Sport" nəşrinin yaydığı məlumata görə, Barkolanın transfer qiyməti 70 milyon avrodur.
Qeyd edək ki, 23 yaşlı oyunçunun PSJ ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.