24 yaşlı hücumçu İtaliya nəhənginin radarındadır
"Mançester Yunayted"in niderlandlı hücumçusu Coşua Zirkze yayda İtaliyaya qayıdacaq.
Sportline.az xəbər verir ki, "Yuventus" sözügedən futbolçu ilə ciddi şəkildə maraqlanır.
Bu haqda "Calciomercato" nəşri məlumat yayıb.
Qeyd edək ki, C.Zirkze cari mövsüm meydana çıxdığı 21 matçda 2 qol, 1 asistlə yadda qalıb.