25 yaşlı futbolçu dünyasını dəyişdi
Braziliyalı futbolçu Dionatan Teyşeyra 25 yaşında dünyasını dəyişib. SportLine.az xəbər verir ki, vətənində ürəktutmasından vəfat edib.
Karyerası ərzində Slovakiyanın "Koşitse", "Slovan" və "Dukla", İngiltərənin "Flitvud Taun" və "Stok Siti" klublarında, eləcə də Braziliya ilə Slovakiyanın aşağı yaş qrupları üzrə yığmalarında çıxış edib. Teyşeyra ötən mövsümün ikinci yarısını "Şerif"də keçirdikdən və bu klubla "qızıl "dubl" etdikdən sonra Braziliyaya yollanıb.