3 legioner "Qarabağ"dan getdi

"Qarabağ" 3 futbolçusu ilə yolları ayırıb.

Sportline.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Qurban Qurbanov mükafatlandırma mərasimindən sonra təşkil olunan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, braziliyalı qapıçı Vaqner da Silva, onun həmyerlisi Ailton Silva və mərakeşli müdafiəçi Faysal Rerrasla başa çatan müqavilə yenilənməyib. Q.Qurbanov sözügedən oyunçularla ötən gün yolların ayrıldığını söyləyib.