36 yaşlı futbolçu daha bir il "Ayaks"da

"Ayaks" futbolçusu Klaas-Yan Huntelarla yeni müqavilə imzalayıb.

Sportline.az klubun saytına istinadən xəbər veruir ki, 36 yaşlı hücumçu ilə bu yay başa çatacaq müqavilənin müddəti daha 1 il uzadılıb.

Qeyd edək ki, Huntelar Niderland çempionatında vaxtından əvvəl başa çatdırılan 2019/2020 mövsümündə 18 matçda 9 qol vurub, 2 qolun ötürməsini verib.