37 yaşlı futbolçu gələcək karyerası haqqında danışıb
ÇSKA-nın sabiq futbolçusu Zoran Toşiç gələcək planlarından söz açıb.
Sportline.az xəbər verir ki, serbiyalı yarımmüdafiəçi Rio Novosti kanalına verdiyi müsahibədə bu fikirləri səsləndirib.
"Bir neçə gün əvvəl "Zenit"lə ÇSKA arasında keçirilən əfsanələr matçında iştirak etdim. Gələcək haqqında hələ qərarımı verməmişəm, amma çox güman ki, karyeramı bitirəcəm. Başqa işlərlə məşğul olmaq istəyirəm. Daha əvvəl də dediyim kimi, ÇSKA-nı çox sevirəm, bu mənim klubumdur. Əgər burada çalışmaq imkanım olsa məmuniyyətlə qəbul edərəm" deyə Toşiç bildirib.
37 yaşlı futbolçu yayda "Lamia" klubunu tərk etdikdən sonra azad agent statusu daşıyır.
Qeyd edək ki, Toşiç 2010-2017-ci illdərə ÇSKA-nın şərəfini qoruyub.