39 yaşlı oyunçu yenidən futbola qayıdıb

"Çelsi"nin və Fildişi Sahili millisinin sabiq oyunçusu Salomon Kalu 39 yaşında keryerasını bərpa edib.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, Kalu ölkəsinin "Qanoa" klubunda çıxış edəcək. O yeni klubunda həm baş məşqçi vəzifəsini icra edəcək, həm də oyunçu kimi meydanda olacaq. Klub ötən mövsüm əsas liqadan 1-ci diviziona yuvarlanıb.

6 il "Çelsi"nin formasını geyinən Kalu bu müddət ərzində 254 oyunda 60 qol vurub. O, zadəganlarla 1 dəfə Çempionlar Liqasının, 1 dəfə İngiltərə Premyer Liqasının, 4 dəfə isə ölkə kubokunun və Liqa kubokunun qalibi olub.

Qeyd edək ki, Kalu karyerası ərzində "Feyenoord", "Lill", "Herta" və "Botafoqo"da da oynayıb. O, son olaraq 2022-ci ildə "Arta Solar 7" forması geyinərkən karyerasını bitirdiyini açıqlamışdı.