A Seriyası həvəskarları üçün hər gün futbol bayramı

İtaliya A Seriyası bərpa edildikdən sonra hər gün oyun keçiriləcək.

Sportline.az "Corriere dello Sport"a istinadla xəbər verir ki, təşkilatçılar çempionatı avqustun 2-dək bitirmək üçün belə qərar verib.

A Seriyasının oyunları iyunun 20-də bərpa olunacaq.

26 turdan sonra çempionatın turnir cədvəlinə 63 xalla "Yuventus" başçılıq edir. "Latsio" 62 xalla 2-cidir.