Abraham İngiltərəyə qayıdır?
“Aston Villa” Temmi Abrahamı yenidən heyətinə qatmaq istəyir.
Sportline.az xəbər verir ki, “Çelsi” akademiyasının yetirməsi olan Abraham 2018–2019 mövsümündə icarə əsasında “Aston Villa”da çıxış edib.
O, həmin mövsüm 40 oyunda 26 qol vuraraq komandanın Premyer Liqaya yüksəlməsində mühüm rol oynayıb.
Hazırda 28 yaşlı futbolçu Türkiyə təmsilçisi “Beşiktaş”da “Roma”dan icarə əsasında çıxış edir.
Abraham burada uğurlu forma sərgiləyir – 24 oyunda 12 qol vurub.