ABŞ-ın tanınmış mütəxəssisləri Azərbaycan güləşçilərinə master-klas keçib

Azərbaycanda səfərdə olan ABŞ-ın sərbəst güləş üzrə ikiqat olimpiya, dördqat dünya çempionu Con Smit və qadın güləşi üzrə dünya çempionatının ikiqat bürünc medalçısı Seli Roberts Olimpiya Güləş Mərkəzində milli komandalarla tanış olublar.

Azərbaycan Güləş Federasiyasından (AGF) Sportline.az saytına verilən məlumata görə, qonaqlar yeniyetmə və gənc idmançılara master-klass keçməklə yanaşı, müxtəlif məsələlərlə bağlı tövsiyələrini çatdırıblar.

AGF rəhbərliyi tanınmış mütəxəssislərlə görüşərək fikir mübadiləsi aparıb. Qonaqlara xatirə hədiyyələri təqdim olunub.

Qeyd edək ki, amerikalı məşqçilər qarşıdakı 3 gündə Astara və Gəncədə yerli güləşçilərə master-klass keçəcəklər.