"Abşeron"dan növbəti qələbə, "Azerreyl" yenə uduzub
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında II dövrəyə start verilib.
Sportline.az xəbər verir ki, IV turun ilk oyununda "Murov" "Azerreyl"i qəbul edib. Gərgin mübarizə şəraitində keçən qarşılaşma meydan sahiblərinin 3:2 (27:25, 25:27, 25:22, 21:25, 16:14) hesablı qələbəsi ilə başa çatıb.
Günün ikinci matçında isə UNEC və “Abşeron” komandaları üz-üzə gəlib və qonaqlar 3:1 (25:23, 12:25, 18:25, 7:25) hesablı qalibiyyətə seviniblər.
Qeyd edək ki, bugünkü nəticələrdən sonra "Abşeron" 12 xalla liderdir. 7 xalı olan "Azerreyl" ikinci, 3 xalı olan "Murov" üçüncüdür. Son pillədə isə 2 xalla UNEC qərarlaşıb.