Abubakar yenidən "Beşiktaş"da

Türkiyənin "Beşiktaş" klubu hücum xəttini Vensan Abubakarla gücləndirib.

Sportline.az "NTV Spor"a istinadən xəbər verir ki, bu barədə tanınmış futbol insayderi Fabrizio Romano öz Tvitter səhifəsində məlumat yayıb.

O, İstanbul klubunun kamerunlu hücumçu ilə 2025-ci ilin yayına qədər müqavilə imzaladığını yazıb.

Qeyd edək ki, 30 yaşlı forvard 2016-2017 və 2020-2021 mövsümündə "Beşiktaş"da çıxış edib və ümumilikdə 67 oyuna 35 qol vurub. Kamerun millisinin kapitanı son olaraq Səudiyyə Ərəbistanını "Əl-Nəsr" klubunda çıxış edib.