AÇ: İki güləşçimiz yarımfinalda

Serbiyanın Novi Sad şəhərində keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatı sona yaxınlaşır.

SportLine.az xəbər verir ki, altıncı yarış günündə 61, 74, 86, 92 və 125 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulub.

Əsgər Məmmədəliyev qitə birinciliyinə inamlı start verib. Həmyerlimiz əvvəlcə ispan, daha sonra isə macar güləşçini vaxtından əvvəl məğlub edərək adını yarımfinala yazdırıb. Şamil Zubairov da eyni uğura imza atıb. Ötən il bu yaş qrupunda dünya çempionu olan yığmamızın üzvü İtaliya və Ermənistan təmsilçiləri üzərində qələbə qazanaraq yarımfinala yüksəlib. Ancaq Hacımurad Məhəmmədsəidov və İslam Abuyev debütdə rəqiblərinə uduzublar.

Qeyd edək ki, yarımfinal qarşılaşmaları axşam seansında keçiriləcək. 

61 kq
1/2 final - Əsgər Məmmədəliyev - Abashacı Məhəmmədov (RUS)
1/4 final - Əsgər Məmmədəliyev - Karoli Kiss (HUN) 10:0
Təsnifat - Əsgər Məmmədəliyev - Karlos Alvares İqlesias (ESP) 10:0

86 kq
1/8 final - Hacımurad Məhəmmədsəidov - Əli Musaləliyev (RUS) 0:5

92 kq
1/2 final - Şamil Zubairov - Vasil Sova (UKR)
1/4 final - Şamil Zubairov - Sarqis Hovsepyan (ARM) 6:4
Təsnifat - Şamil Zubairov - Uilyam Raffi (İTA) 6:1

125 kq
1/4 final - İslam Abuyev - Georgi Noqayev (SVK) 0:2

Azərbaycan Güləş Federasiyasının məlumatı