AÇ: Türkan Nəsirova bürünc medal uğrunda mübarizə aparacaq

Serbiyanın Novi Sad şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.

SportLine.az xəbər verir ki, üçüncü yarış günündə 50, 55, 59, 68 və 76 kq-da çıxış edən qadın güləşçilər mübarizəyə start verib. Mübarizəyə 1/4 finaldan başlayan Türkan Nəsirova Türkiyə təmsilçisinə qalib gələrək adını yarımfinala yazdırıb. Ancaq finalın bir addımlığında ötən il dünya ikincisi olmuş Rusiya nümayəndəsi ilə bacarmayıb. Türkan martın 7-də bürünc medal uğrunda mübarizə aparacaq.

Ceyla Nağızadə keçirdiyi hər iki görüşdə məğlub olub.

50 kq
Bürünc medal görüşü - Türkan Nəsirova - Miqlena Georgiyeva Selişka (BUL)
1/2 final - Türkan Nəsirova - Nadejda Sokolova (RUS) 0:4
1/4 final - Türkan Nəsirova - Aynur Erge (TUR) 5:1

68 kq
İkinci tur - Ceyla Nağızadə - Yevgeniya Andreyçikava (BLR) 1:4
Birinci tur - Ceyla Nağızadə - Xanım Vəliyeva (RUS) 0:10

Azərbaycan Güləş Federasiyasının məlumatı