Hektor Fort İngiltərəyə köçür
"Barselona"nın futbolçusu Hektor Fort karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Fulhem" və "Everton" 20 yaşlı oyunçunu heyətinə qatmaq istəyir.
Bu haqda "Team Talk" nəşri məlumat yayıb.
Qeyd edək ki, H.Fortun dəyəri 15 milyon avrodur.